ABŞ hakimiyyəti Krımın Amerika silahları ilə vurulmasını məqbul sayır.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
Belə ki, “Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə ilə bağlı siyasətimiz dəyişməyib. Ukraynanın suveren ərazisində isə uzaqmənzilli silahlardan istifadə edilə bilər. Krım Ukraynanın bir hissəsidir”, - deyə Rayder bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.