ABŞ ordusu onları radarlardan yayındıracaq yeni sistemlərlə təchiz edilmiş MQ-9 “Reaper” PUA-ları alacaq.
Azadmedia.az xəbər verir ki, bunu Brukinqs İnstitutunda çıxışı zamanı ABŞ dəniz piyadaları korpusunun komandanı, general Erik Smit deyib.
Belə ki, “Havay ştatında yaradılan dəniz piyadaları bölməsi ən son müşahidə avadanlıqları alacaq. MQ-9-da quraşdırılmış bəzi qurğular kodlaşdırılıb. Bunlara T-SOAR blokları deyilir. MQ-9-a gəlincə, məxfiliyi pozmasanız, düşmən radarından yayınmaq qabiliyyətinə malikdir”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.