AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 29-05-2025, 10:32

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

    - Mayın 28-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
    ***

    *Mayın 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
    ***

    *Polis əməkdaşlarının mayın 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
    ***

    *Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətini ifşa edib*

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub. O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pul vəsaitlərini ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri və müvafiq ekspertizalarla cinayətin A.Şirəliyev tərəfindən törədildiyi müəyyən edilib.

    Fakla bağlı araşdırmalar davam etdirilir.
    ***

    Onlayn cinayətin qarşısını almaq, yalnız maariflənmədir - DİQQƏT

    Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 340, 100, 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.
    ***

    *Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 28-də ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.*

    *Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
    ***

    Narkotik vasitələrin dövriyyəsinə qarşı növbəti əməliyyat

    Polis əməkdaşları tərəfindən paytaxtın Suraxanı, Sabunçu rayonlarında və Lənkəran şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

    Tədbirlərlə qeyd edilən cinayət əməlində şübhəli bilinən 48 yaşlı N.İbadov, 29 yaşlı T.Abbasov və həmyaşıdı Ə.Məmmədli saxlanılıblar.
    Onlardan ümumi çəkisi *5* kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi və narkotiklərin onlayın alqı-satqısında istifadə olunan 2 ədəd bank kartı aşkarlanıb.
    Hər üç faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR