AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış meyxanaçı yenidən həbs edilib

  • + A
  • - A
  • 20-06-2025, 09:56

    Tanınmış meyxanaçı yenidən həbs edilib

     
    “Mahir Ay Brat” kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib.

    Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib.

    Hazırda o tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

    Qeyd edək ki, M. Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, meyxanaçı barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR