Lənkəranda müəmmalı intihar: tut ağacından asılı vəziyyətdə tapıldı
![]()
Lənkəranda intihar olub.
Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Nərimanabad kənd sakini, 1953-cü il təvəllüdlü Maqsud Həsən oğlu Əliyev yaşadığı evin həyətindəki tut ağacından özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.