Azadmedia.az-a Azərsu ASC-dən daxil olan məlumata görə magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 14 iyun 2021-ci il tarixində Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb. Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.