Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb, həmin şəxslər barəsində cərimə protokolu tərtib edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.