Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Ramal Bağırov Azadmedia.az-a bildirib ki, araşdırma zamanı ərazidəki ağacların vətəndaş Ceyhun Osmanov tərəfindən kəsildiyi müəyyən edilib.
“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimələnib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.