AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

  • + A
  • - A
  • 20-01-2022, 11:50

    Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hümmət Piriyev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 1 kiloqram 80 qram olan marixuana və bir ədəd 7,62 mm patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
    Dindirilmə zamanı H.Piriyev narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
    Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    **

    Tovuz Rayon Polis Şöbəsinə yanvarın 19-da şəhər ərazisindən Aşağı Öysüzlü kənd sakini İ.Yusifə məxsus “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini A.Rüstəmov müəyyən edilərək saxlanılmışdır.
    Tovuz RPŞ-də araşdırma aparılır.
    **

    Ağdaş Rayon Polis Şöbəsinə yanvarın 11-də şəhər ərazisindən G.Baxşalıyevə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini M.Abbasov müəyyən edilərək saxlanılmışdır.
    Ağdaş RPŞ-də araşdırma aparılır.
    **

    Lerik Rayon Polis Şöbəsinə yanvarın 18-də Şinəband kənd sakini L.Balakişiyevin ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayağının topuq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur.
    Yaralı xəstəxanaya yerləşdirilmişdir.
    Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən L.Balakişiyevin qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR