AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMW və Porche markalı minik avtomobilləri yandı - SƏBƏB

  • + A
  • - A
  • 12-04-2023, 02:27

    BMW və Porche markalı minik avtomobilləri yandı - SƏBƏB

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Azadmedia.az-a verdiyi məlumata görə Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Porche markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR