DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatı : 
Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov  və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən  çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.  
Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz  Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər  nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.