AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samuxda oğurluq edən şəxslərdə narkotik aşkarlanıb

  • + A
  • - A
  • 24-04-2023, 11:20

    Samuxda oğurluq edən şəxslərdə narkotik aşkarlanıb

    Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxslərdən narkotik maddə də aşkarlanıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Qarayeri qəsəbəsindəki evlərin birinə qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 1400 manat olan müxtəlif müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Həsənov və Cavid Xəlilov maddi sübutlarla birlikdə saxlanılıb. Polis Şöbəsində həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan “metamfetamin” aşkarlanıb. Samux Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR