AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb - Fotolar

  • + A
  • - A
  • 24-04-2023, 15:29

    Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb - Fotolar

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Azadmedia.az-a bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə aprel ayının 4-də rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı Q. Salahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu bildirib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR