AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar - Foto

  • + A
  • - A
  • 13-06-2023, 10:42

    Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar - Foto

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayon sakinləri Anar Babayev və onun qohumu olan qadın saxlanılıb. Onlar aqrotexniki üsulla narkotik tərkibli bitkiləri yetişdirməkdə şübhəli olduqlarına görə, yaşadıqları ünvanlara baxış keçirilib. Baxış zamanı, ümumulikdə 160 ədəd çətənə bitkisi və 450 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan başqa keçirilən digər əməliyyat tədbiri ilə eyni əmələ görə şübhəli olan rayon sakini Səbuhi Vəliyev də saxlanılıb. Onun yaşadığı ünvandan isə 53 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

    Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Məhkəmənin qərarına əsasən A.Babayev və S.Vəliyev barəsində həbs, A.Babayevin qohumu barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR