AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə köməksiz qalan vətəndaş xilas edildi - Video

  • + A
  • - A
  • 18-06-2023, 19:49

    Gəncədə köməksiz qalan vətəndaş xilas edildi - Video

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


    Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR