AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biləsuvarda keçmiş polis işçisi qətlə yetirildi - Qatil axtarılır - YENİLƏNDİ

  • + A
  • - A
  • 19-06-2023, 00:15

    Biləsuvarda keçmiş polis işçisi qətlə yetirildi - Qatil axtarılır - YENİLƏNDİ

    Biləsuvarda qonşular arasında münaqişə faciə ilə nəticələndi
    Yeniləndi

    Cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanıldı.


    Araşdırma aparılır
    ***
    İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Məlumata görə münaqişə qonşular arasında baş verib.

    B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

    Əlavə məlumat veriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR