AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı sakininin istifadəsiz tikilidə gizlətdiyi 4 kiloqram narkotik aşkarlanıb

  • + A
  • - A
  • 20-06-2023, 10:01

    Masallı sakininin istifadəsiz tikilidə gizlətdiyi 4 kiloqram narkotik aşkarlanıb

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Bağışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 540 qram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı L.Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə gizlətdiyi ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR