AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb - DİN

  • + A
  • - A
  • 10-11-2023, 10:53


    Masallı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb -

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azadmedia.az-ın cənub bürosuna-a daxil olan məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində, rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən 2 nəfər rayon sakini - İ.Fərəcullayev və A.Əkbərov saxlanılıblar.

    Belə ki, onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

    Həmçinin, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 2 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

    Qeyd edək ki, faktla bağlı Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR