AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda mini-futbol turnirinə yekun vuruldu - FOTOLAR

  • + A
  • - A
  • 16-12-2022, 11:18

    Masallıda mini-futbol turnirinə yekun vuruldu - FOTOLAR


    Azadmedia.az - 14 dekabr 2022-ci il tarixdə “Viləş” mini-futbol meydançasında Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi ilə bağlı olaraq, “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” adı altında İdarə, müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon turnirinin final mərhələsi keçirildi.

    Turnirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə bütün idman ictimaiyyətini və turnirdə qalib olmuş komandanı təbrik etmişdir.
    İdarə, müəssisə və təşkilatların iştirakı ilə keçirilmiş turnirdə “Azəriqaz” komandası finalda “Masal mebel” komandasına 3-1 hesabı ilə qalib gələrək turnirin qalibi adına layiq görülüb. “UGİM” komandası və “Banks United” komandaları 3-cü yerə layiq görülüb.
    Oktyabrın 3-də start verilmiş turnirdə 12 komanda iştirak edib.
    Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən turnirdə ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara təşəkkürnamələr və hədiyyələr, turnirin qalibinə isə kubok və diplom və hədiyyələr təqdim edilib.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən turnirdə iştrak edən komandalar hədiyyələrlə mükafatlandırılıb.



















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR