AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran şəhər İH-nin başçısı beynəlxalq sertifikata laiq görülən gənc cüdo müəllimi Əkbər Gənciyevi qəbul edib

  • + A
  • - A
  • 16-12-2022, 11:36

    Lənkəran şəhər İH-nin başçısı beynəlxalq sertifikata laiq görülən gənc cüdo müəllimi Əkbər Gənciyevi qəbul edib

    Lənkəran şəhər İH-nin başçısı Taleh Qaraşov beynəlxalq sertifikata laiq görülən gənc cüdo müəllimi Əkbər Gənciyevi qəbul edib.

    Azadmedia.az - Ölkəmizdə sosial-iqtisadi və mədəni inkişafın ümummilli strateji siyasətə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik tələblərə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazırlıq ruhunda tərbiyə edilməsi hər zaman diqqət mərkəzindədir. Bu siyasətin yerlərdə tətbiqi və gənclərimizin sözügedən istiqamətdə formalaşması üçün peşəkar mütəxissislərin roluna ciddi ehtiyac var.

    Lənkəran Şəhər İcra Hakimiyyəti gənclər siyasətinin yerlərdə tətbiqi üçün bütün imkanları ilə gənclərimizin və bu sahədə fəaliyyət göstərən peşəkar mütəxəssislərin daim yanındadır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gənclər və idman sahəsində uğur qazanan, müxtəlif sahələr üzrə istedadlı hər bir sakini diqqətdə saxlayır, onların daha ciddi uğur qazanması, ölkəmizin adını və bayrağını zirvələrə qaldırması üçün daim yanlarındadır. Dekabrın 14-də lənkəranlı cüdo müəllimi Əkbər Gənciyevin Lənkəran Şəhər İcra Hakimiyyətində qəbul edilməsi də Taleh Qaraşovun bu istiqamətdə atdığı addımlardandır. Qeyd edək ki, gənc müəllim ötən ay Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün təşkil olunan beynəlxalq seminara qatılaraq sertifikata yiyələnmişdir. İcra başçısı Ə.Gənciyevə idman sahəsində rayonumuzda istedadlı gənclərin yetişməsindəki fəaliyyətində uğurlar arzulayıb, Lənkəran Şəhər İcra Hakimiyyətinin hər zaman gənclərin hərtərəfli inkişafı və cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi istiqamətində yanlarında olduğunu vurğulayıb.



    Ülkər Piriyeva
    [/justify]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR