AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İCTİMAİ ŞURA LƏNKƏRAN REGİONAL QAZ İSTİSMARI İDARƏSİNƏ SƏFƏR EDİB

  • + A
  • - A
  • 21-10-2021, 18:00


    "Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şuranın sədri Xəyal Bəşirovun rəhbərliyi ilə Şura üzvlərinin Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin (RQİİ) fəaliyyəti ilə tanış olmaq, bölgədə qaz təchizatındakı mövcud vəziyyətin araşdırılması və ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı regionda səfəri baş tutub. Səfərdə İctimai Şuranın sədri Xəyal Bəşirov, sədr müavini Rəşad Quliyev, Şura üzvləri Şaban Nəsirov, Elçin Salmanov və Zaur Quliyev iştirak ediblər. İlk olaraq səfər çərçivəsində İctimai Şura üzvləri, Lənkəran RQİİ-nin kollektivi, həmçinin regional idarənin xidmət sahəsinə aid olan Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı xidmət sahələrinin rəhbər şəxsləri Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Sonra 1-ci və 2-ci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları ziyarət olunub. Daha sonra "Azəriqaz" İB-nin Lənkəran Regional qaz istismarı İdarəsinin inzibati binasında Şura üzvləri ilə vətəndaşlar arasında görüş baş tutub. Vətəndaşların təklif və problemləri dinlənilib və hər bir müraciət qeydə alınıb. Ünvanlanan bir sıra problemlərin həlli istiqamətində Lənkəran RQİİ-nin rəisi Azər Musayev yerindəcə tapşırıq verib. İctimai Şura tərəfindən bir sıra müraciətlərin “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi qarşısında qaldırılacağı ilə bağlı qərar qəbul edilib. Daha sonra İctimai Şuranın üzvləri Birliyin Lənkəran RQİİ-nin fəaliyyəti ilə tanış olublar, bir sıra məqamlarla bağlı məsələlər müzakirə olunub.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR