“Azəriqaz” İstehsalat Birliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib. İB-dən Azadmedia.az-a verilən məlumata görə Şuranın əsasnaməsi, reqlamenti və fəaliyyət planı müzakirəyə çıxarılıb. Şura üzvləri gündəmdə olan sənədlər barədə fikirlərini bölüşüblər, təkliflərini veriblər. Yekun olaraq hər 3 sənəd qəbul olunub. Bundan başqa Şura daxilində vətəndaşlardan daxil olan müraciətlərə necə baxılacağına diqqət ayrılıb. “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev İctimai Şura üzvlərinə təqdim olunub. Bundan sonra hər hansı müraciət daxil olarsa, buna ən tez bir zamanda reaksiya göstəriləcəyi bildirilib.
İctimai Şuranın iclasında Birliyin baş direktoru Ruslan Əliyev də iştirak edib. O, bir daha bəyan edib ki, təmsil etdiyi qurumun qapıları Şura üzvlərinin istənilən müzakirə mövzusu üçün açıqdır. “Azəriqaz” İB davamlı bir iş birliyi tərəfdarıdır və Şuranın aktivliyindən gözləntiləri çoxdur.
Sonra Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.