"Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 11.01.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Azəriqaz İB-dən Azadmedia.az-a verilən məlumata görə təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.