AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞAHDAĞ TURİZM MƏRKƏZİ QAPILARINI YAYDA DA TURİSTLƏRİN ÜZÜNƏ AÇIR

  • + A
  • - A
  • 29-06-2023, 17:52

    ŞAHDAĞ TURİZM MƏRKƏZİ QAPILARINI YAYDA DA TURİSTLƏRİN ÜZÜNƏ AÇIR

    2012-ci ildən istifadəyə verilən “Şahdağ” Turizm Mərkəzi Qusar rayonunun mərkəzindən 32 km məsafədə, Şahdağ Milli Parkının yaxınlığında, dəniz səviyyəsindən 1435 - 2552 m. yüksəklikdə yerləşir. Kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq istəyən istər həvəskarlar, istərsə də peşəkarlar üçün geniş imkanlara malikdir. Eyni zamanda Mərkəz yay mövsümündə də istər yerli, istərsə də xarici qonaqlara maraqlı əyləncələr, həyacan verici atraksionlar,müxtəlif turistik xidmətlər təklif edir.
    “Şahdağ” Turizm Mərkəzinin girişində yerləşən “Welcome Shahdag” turistlərin mərkəzdə qarşılaşdığı ilk nöqtədir. Bu ərazidə 363 yerlik avtomobil dayanacağı, həmçinin qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün “Welcome Plaza” binası istifadəyə verilib.
    Bu günə qədər Şahdağda görülən işlər bir neçə mərhələdən keçərək həyata keçirilib. Ümumilkdə “Şahdağ” Turizm Mərkəzində 17 kanat yolu, müxtəlif çətinlik dərəcəsində olan 27 yamac və xizək məktəbi, 5 hotel, iaşə obyektləri, açıq və qapalı məkanlarda müxtəlif əyləncələr qonaqların xidmətindədir. Xüsusi ərazini qarla təmin etmək üçün 449 qar generatoru fəaliyyət göstərir. Ötən il 4-cü mərhələ üzrə çətinlik dərəcəsi qırmızı olan, uzunluğu 6 km dən artıq yeni yamac istifadəyə verilib. Bu 2552 m hündürlükdə olan ən yüksək nöqtədir. Hazırda 4-cü fazanın istifadəsindən sonra Mərkəzdəki xizək sahəsi 29 km-ə yaxın bir məsafəni əhatə edir.
    Şahdağ Turizm Mərkəzi geniş ərazisi, müasir infrastrukturu və peşəkar kadırları ilə keyfiyyətli xidmət təqdim edə bilən mərkəzdir. Turizm Mərkəzində qonaqların asudə vaxtlarını xoş və maraqlı keçirmələri üçün yay əyləncələri kifayət qədərdir.Bunlara misal olaraq piyadalar üçün kanat yolu, adrenalin dolu bir atraksion olan “Shahdag Roler Goaster”, peşəkar bələdçilərin müşayəti ilə təşkil edilən dağ yürüşü, böyüklər və uşaqlar üçün kvadrotsikl, müxtəlif hündürlüklərdən paraplanla uçuş, payntbol, oxatma, seqvey, əyləncəli və ekstrimal off-raud turlar, zipline, bobkart, batut, atla gəzinti, velosiped və digər əyləncələri qeyd edə bilərik. Bu il daha bir yenilik ərazidəki böyük gölün açılışıdır. Burada qonaqlar həm üzə ,həm də katamaranlarla vaxtlarını əyləncəli keçirə biləcəklər. Bundan əlavə “main plaza” adlandırdığımız ərazidə qonaqlar Park Cinema kinoteatrından, boulinq zalından, uşaqlar üçün oyun avtomatlarıından, açıq havada festivalların və konsert proqramlarının keçirilməsi üçün xüsusi ərazidən istifdə edə bilərlər.
    Eyni zamanda Turizm Mərkəzinin ərazisində 24 restoran və bar fəliyyətdədir. Onların bəziləri hotellərdə, digərləri isə kompleks ərazisində xidmət göstərir.
    “Şahdağ” Turizm Mərkəzinin ərazisində 5 hotel fəaliyyət göstərir. Bunlar 5 ulduzlu Pik Palace və Park Chalet, 4 ulduzlu Shahdag Hotel & Spa, 3 ulduzlu Zirvə Hotel və apartament tipli “Gaya Residences Shahdag” hotelləridir.
    -Pik Palace hotel - 163 lüks otaq və suit otaq,
    -Park Chalet hotel - 164 eleqant otaq,
    -Shahdag Hotel & Spa -172 qonaq otağı, Ovdan Spa mərkəzi,
    -Zirvə hotel – 40 standart və 3 lüks otaq
    -Ailə apartamenti olan Gaya Residences Shahdag 18 otaq
    2022-ci ilin statistik məlumatlarına əsasən turizm mərkəzinə 109 minə yaxın ziyarətçi səfər edib, tabeliyində olan hotellərində isə 60 minə yaxın şəxs qonaqlayıb.
    Cari ilin yanvar- iyun aylarında turizm mərkəzini 70 minə yaxın şəxs ziyarət edib, hotell xidmətlərindən isə yerli və xarici turist olmaqla 26 minə yaxın qonaq istifadə edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR