AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Mən eləcə sözün odundan keçdim..."- Paşa Talıblı

  • + A
  • - A
  • 14-06-2021, 08:54


    Baxmayın, bu qədər gecə sevənəm...
    Bəy atlı gecələr bəy etməz məni.
    ...budu - ürəyim də dərd böyüdəndi;
    yazdığım bir misra böyütməz məni!

    ...gərdişsayağıdı şerin işi də;
    hilalı görünən kümbəz kimi, bax!
    ...yazdığım hər misra iç-çöl arası
    aldığım sonuncu nəfəs kimi,bax!

    ...bir uzun şerə qoşulub getdim-
    ilhamın münəvvər atınnan keçdim.
    ...yenə Tanrı bilir söz nə deməkdir!
    Mən eləcə sözün odundan keçdim...

    (50 yaşımın şeri...)

    ...ağlımnan sevəndə ağlımı ötdüm,
    əlimnən verəndə əlimi keçdim.
    .. mən elə bilirdim keçə bilmərəm,
    Allah, gözün aydın-əllimi keçdim!

    ...Allah,gözün aydın əlli yaşım var!
    Bax,yupyumrucadı yaşım əlimdə.
    ...Allah, gözün aydın əllimi keçdim,
    ayağım üstümdə başım əlimdə!

    ...qırımı bir deyil əlliynən qırxın!
    ...illəri illərdən seçib gedirəm.
    ...mən elə bilirdim keçə bilmərəm,
    mən ömrü yarıdan keçib gedirəm.

    ...mən ömrü yarıdan keçmişəm daha!
    ...illəri qırmağa sənin daşındı.
    ...Allah,sənə şükür- əllini keçdim,
    Allah,gözün aydın- əlli yaşımdı!

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR