Ölümündən  bir ay əvvəl  xanım  Olbrayt “The New York Times” qəzetində  özünün  köşə yazısında  Kremlin Ukraynadakı  “hərbi əməliyyatına”  kəskin tənqidi münasibətini bildirərək münaqişənin Rusiya və  onun  lideri üçnü təhlükəli sonluqla nəticələnəcəyini bitəcəyini qeyd edibmiş.  Həmin yazıda Ukrayna barədə  “susqunluğuna”  və  oradakı  “nasizmi” görmədiyinə görə 85 yaşında  xərçəngdən vəfat etmiş  Olbraytın ruhunu  “qınayan”  rus  politoloqu və  jurnalisti  Georgi  Bovt  dünən (28.03.22) “Qazeta.ru”  internet nəşrində  dərc etdidiyi yazının sərlövhəsinə “Siyasətdə  “cəhənnəm əntəri olurmu?” fikrini  də əlavə edib. 
Xatırladım ki, G.Bovt  həm də  “Putindən sonra həyat varmı” (“Есть ли жизнь после Путина” M, 2015)  kitabının müəllifidir. Onun “Qazeta.ru”da  Madlen Olbrayt  haqqında yazısının “sərlövhəsinə” gələndə, qeyd edim ki,  vaxtilə  SSRİ-nin ən qatı düşməni olan,  amma onunla hərbi ittifaq bağlamağa məcbur qalan U. Çörçill də Stalini  “cəhənnəm əntəri” adlandırmışdı.
Qeogi  Bovt yazır ki, Madlen Olbrayt o syasətçilərdən idi ki, ona Rusiyada çoxu nifrət edirdi.  Qəribə olsa da, müəllif Yevgeni Primakovun  Olbrayta  dərin hörmət hissi bəsləməsinə təəccübünü də gizlətmir.   
Siyasət aləmində həmişə  opponentlərin və  düşmənlərin “cəhənnəm əntəri”  hesab edənlər  G.Bovtın təbirincə  desək,  özləri  barədə heç də  belə  düşünmürlər. Onlar öz xalqının və ya bəşəriyyətin  rifahı naminə  çalışdıqlarına əminliklə  inanırlar. “Bütün zamanların və xalqların siyasətçiləri  həmişə   istəyirlər ki, yaxşı olsunlar – bu aksiomadır.” 
 Müəllif qeyd edir ki, Olbraytın dünyagörüşünə  onun mənsub olduğu  yəhudi ailəsinin  iki dəfə qaçqın  düşməsi həlledici təsirini göstərib.  Əvvəlcə ailəsi  alman nasistlərindən qaçıb.  O zaman Olbraytın atası  Çexoslavakiyanın  Belqradda  səfiri işləyirdi. Müharibədən sonra  isə  ailə yeni  kommunist rejimi qurulan Çexoslavakiyanı tərk etməyə məcbur olub.  Bu dəfə də atasının xaricdə  diplomatik  fəaliyyəti  ailəsinin köməyə çatıb.  Yuqoslaviyanın səfiri işləyən  atası  ABŞ-dan siyasi sığınacaq istəyib... 
 Qacqın ailəsindən olan  Madlen  (bu adı  ona   hələ Çexoslvakiyada təhsil aldığı  özəl içveçrə məktəbində verilmişdi)  ABŞ Dövlət Departamentinin ilk  qadın rəhbəri oldu. Buna qədər isə  ABŞ-ın  BMT-də daimi  nümayəndəsi  vəzifəsində çalışmışdı.  Uşaqlıq  çağlarından  çex dilindən başqa fransız, polyak və rus dillərində danışırdı.  Bovt  “soyuq müharibə” zamanı  ölkəsində yaranmış  bir deyimi  məsəl çəkib göstərir ki,  əgər  rəqib ölkənin siyasətçilərindən  rus dilində yaxşı danışırsa, demək,  ondan  bəla da gözlə. “Burada Puşkini  originaldan oxumaq bacarığı  xilas etmir.”   Obama dövründə Olbraytın  Rusiya  ilə “gərginliyə” dəstək verdiyini  bildirən  müəllif  qeyd edir ki,  o – yəni  Olbrayt  üstəılik Putinə  skeptikcə -neqativ münasibət  bəslədi... 
Təbii ki,  müəllif bunun səbəbini bəlkə də haqlı olaraq  Madlenin  “zədələnmiş uşağlığında”  görür. Və  eyni zamanda onunla bağlı  maraqlı  bir  məqamı xatırladır.  Çexiya prezidenti  V. Qavel 2003-ci ildən sonra öz  postunu  Olbrayta təklif edərkən  o, minnətdarlığını bildirələrk imtina etmişdi.  Müəllif yazır: “Maraqlıdır: əgər razılıq  versəydi,  onda bizm çexlərlə  münasibətlərimiz  o zaman  zibilə  çevrilcəkdimi, yoxsa əksinə, hər iki tərəf  məsələyə daha  sağlam düşüncə ilə, konstruktiv yanaşacaqdı?”
Madlen Olbrayt barədə,  insan taleyinə  siyasətçi  laqeydliyinə aid  faktı  misal gətirərək  Bovt yazır ki, sankyalar  ucbatından  dərman çatışmamazlığından  İraqda ölən uşaqlar barədə  suala  cavab verərkən  o, (yəni Olbrayt demişdir. “ Buna  dəyərdi.” 
      “Məsələ belə  olmuşdur. Teleaparıcı Lesli Ştal  CBS-in “60 qəqiqə” verilişində ona  belə sual verir: “Biz eşitmişik ki,  İraqda  yarım milyon uşaq ölüb. Bu,  Xirosimada ölən uşaqlardan çoxdur. Siz düşünürsünüz ki,  bu sanksiyaların qiyməti  məqbuldurmu?”  Olbrayt aydın cavab verir: “Bəli”.  Sonra o  buna təəssüf etmişdi və  Ştalın sualının  İraq  təbliğatına uyğun  ruhunda  verildiyini bildirmişdi.” 2020-ci ildə isə o müsahibələrinin birində  peşmançılıq hissi ilə həmin  cavabını   “axmaqlıq”  adlandırmışdı.” 
 Müəllif  ABŞ-ın bir çox  ölkələrdə (Somali, Ruanda) törətdiyi “soyqırım” faktlarına münasibət bildirir və sonda  Madlen Olbraytın ölümü  ilə  Anotoli  Çubaysın  istefa verib  ölkədən  getməsində rəmzi oxşarlıq  olduğunu vurğulayır...                                    
 Nurəddin Ədiloğlu , 
29.03.22