AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan BMT-yə kitablar hədiyyə edib

  • + A
  • - A
  • 15-05-2025, 22:19

    Azərbaycan BMT-yə kitablar hədiyyə edib

    Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti adından BMT-nin Cenevrə bölməsinin Kitabxanası və Arxivinə maliyyə ianəsi təqdim olunub. Eyni zamanda, kitabxanaya Azərbaycanın tarixi və mədəniyyətinə dair nəşrlərdən ibarət kitablar da hədiyyə edilib.

    Kitabları təqdim edən Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Qalib İsrafilov nümayəndəlik ilə kitabxana arasında uzun illər ərzində formalaşmış səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Səfir bildirib ki, Azərbaycan Respublikası dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verir və bu sahədə beynəlxalq səviyyədə fəal iştirak edir. O, həmçinin ümidvar olduğunu bildirib ki, təqdim edilən nəşrlər kitabxana tərəfindən elektronlaşdırılaraq saxlanılacaq və oxucular üçün dəyərli bir resursa çevriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR