AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğız Respublikasının müvəqqəti işlər vəkili Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun kitabxanasına kitablar hədiyyə edib

  • + A
  • - A
  • 28-04-2021, 18:47


    Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, qırğız ədəbiyyatına və incəsənətinə aid bir sıra kitablar bağışlayıb.
    Hədiyyə edilən kitabların sırasında Türk Dünyasının qəhrəmanlıq dastanlarından olan “Manas”, “Semetei” və digər eposlar, eləcə də Qırğızıstanın görkəmli şair və yazıçıları tərəfindən qələmə alınan qırğız xalqının tarixinin, mədəniyyətinin əks olunduğu ədəbi nümunələr yer alır.
    Günay Əfəndiyeva Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Louya Fonda bağışladığı kitablara görə təşəkkür edib. O, Türk Dünyasının ayrılmaz parçası, eləcə də Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanın mədəni, mənəvi, tarixi dəyərlərini ehtiva edən kitabların rəhbəri olduğu qurum üçün xüsusi önəm daşıdığını vurğulayıb.
    Muhammed Lou Fond tərəfindən türkdilli xalqların zəngin maddi və mədəni irsinin araşdırılması, qorunması və bəynalxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü və Qırğızıstanın bundan sonra da təşkilata hər cür dəstəyi göstərəcəyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR