AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropalı diplomatlar Lənkəranda gender bərabərliyinə həsr edilmiş tamaşa izlədi

  • + A
  • - A
  • 11-06-2023, 00:35


    Avropalı diplomatlar Lənkəranda gender bərabərliyinə həsr edilmiş tamaşa izlədi

    Lənkəranda səfərdə olan avropalı diplomatlar Latviya (Müvəqqəti işlər vəkili Viya Buşa) və İsveç (səfir Tobias Lorentçson) səfirliklərinin Lənkəran Dövlət Dram Teatrında təşkil etdikləri tamaşaya da baxış keçiriblər. Yazıçı İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesinin səhnələşdirildiyi tamaşanı xarici diplomatlar və yerli ictimaiyyətin nümayəndələri maraqla qarşılayıblar. Tamaşa doğulmadan öldürülən qız uşaqlarına həsr edilib. Tamaşada müəllif selektiv abortla mübarizəyə səsləyir, günahsız, sadəcə qız olduqları üçün öldürən canlıların da yaşama haqqı olduğunu diqqətə çatdırır. Tamaşadan sonra Azadmedia.az-ın Lənkəranda diplomatların səfərini işıqlandırmaq üçün ezam olan Baş redaktoru Elnurə Abuşova izləyənlərdən tamaşa haqqında təəssüratlarının bölünməsini istəyib. Tamaşaçılar tamaşanın kişi müəllifin, kişi rejissorun əl işi olduğu üçün bəzi məqamların nəzərdən qaçırıldığını bildirib. Əlavə ediblər ki, təkcə selektiv aborta məruz qalanlar deyil, dünyaya gətirilən qız uşaqları da çox çətinliklərlə qarşılaşır. Valideyinlər qızları tez ərə verib bir növ qızlardan canını qurtarmağa çalışır, eyni zamanda qızlarına cehiz qoşa bilib-bilməməyin stresini yaşayırlar. Yaxşı olardı gələcəkdə səhnəyə qoyulacaq tamaşalarda bu nüanslar da nəzərə alınsın. Ümumi götürəndə düşündürücü, qızların halına təəssüfləndirici tamaşa idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR