AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan rəssamı mobil telefonda valehedici fantaziyalar yaradır

  • + A
  • - A
  • 13-06-2023, 13:14

    Azərbaycan rəssamı mobil telefonda  valehedici fantaziyalar yaradır

    Bütün ölkələrdə oldugu kimi Azərbaycanda da son illər rəqəmsal incəsənət sürətlə inkişaf edir və bir çox müasir Azərbaycan rəssamları bu istiqamətdə ugurlu fəaliyyət göstərir.
    Rəqəmsal rəssam Asya Hacızadə müasir digital incəsənətin nəhəng dünyasında yaradıcı özünüifadə üçün öz şəxsi yolunu tapmışdır və onun üçün fırça və kətan rolunda mobil telefon çıxış edir.
    Bəzən inanmaq çətindir ki, bu dərin fəlsəfi fikirlərlə dolu və eyni zamanda rəngarənq, parlaq, kompozisiya baxımından təsdiqini tapmış əsərlər mobil telefonda yaradılmışdır. Rəssam orijinal, bəzən qeyri standart kompozisiya həlli ilə fantastik sujetlər yaradaraq öz dərin mənəvi dünyasını mobil telefonun ekranına köçürür, rəsmi öz müsbət enerjisi və düşüncələri ilə doldurur. Onun üçün mobil telefon onun sərhədsiz yaradıcılıq imkanları üçün universal alətdir. Çünki rəqəmsal incəsənət ənənəvi yaradıcılıgın və digital texnologiyaların hüdudsuz texniki imkanlarının simbiozudur. Bir sıra sənətşünasların fikrincə, onun əsərlərinə təkcə virtuoz bədii ifa deyil, həm də dərin fəlsəfi məzmun xasdır.
    Asya Hacızadə Azərbaycanda rəqəmsal incəsənətin inkişafına və geniş yayılmasına, həmçinin ölkə hüdudlarından kənarda tanınmasında öz töhfəsini verir. O, azərbacanlı rəssam kimi öz yaradıcılıgını bir sıra virtual incəsənət meydançalarında (in.gallerix.ru, pinterest.com, artchive.ru, gallereo.ru və s.) təqdim edir və onun işləri böyük maraqla qarşılanır. Bu gün məşhur incəsənət klubu “Qalleriks” reytingində 40 000-dən çox qeydiyyatda olan rəssamın arasında 59-cu yeri tutur.
    Rəqəmsal incəsənətə maraq onun üçün əsas yaradıcılıq janrına çevrilmişdir. Müasir texnologiyaların və yaradıcı özünüreallaşdırma üçün yeni alətlərin inkişafı ona bir növ təkrarolunmaz rəsmlər yaratmaga imkan vermişdir, bu rəsmlər heç kəsi laqeyd qoymur və uzun müddət onlara baxmaga, rəssamın niyyətini anlamaga, bu və ya digər sujetin nəyi nəzərdə tutdugunu tapmaga məcbur edir. Onun rəsmlərinin adları isə ayrı bir mövzudur, onlar tamaşaçını rəssamın özü tərəfindən müəyyən edilmiş axara kökləyir. Məsələn, “Sonun əvvəli”, “Cəhənnəmə aparan qırmızı xalı”, “Sən olduqca zaman vardır”, “Hər şey müvəqqətidir”, “Qapalı məkanda idilliya”, “Leylanın qara gözləri”, “Quş hüquqları”, “Ulduzlar pilləkan olsaydı”, “Gedim biraz aglayım” və s.
    Asya Hacızadənin rəqəmsal əsərlərində əfsanələr və reallıq əlaqəlidir, onun sujetləri şüuraltını illüstrasiya edir, ən məntiqli şəkildə olmasa da, maraqlı və gözlənilməz tərzdə anlaşılmazı nümayiş etdirir. Onlar sadədir və eyni zamanda dərin və səmimidir. Anadangəlmə rəssamlıq duygusu ona harmonik palitranı təlqin edir, bu da onun əsərlərinə yüngüllük hissi və kompozisiya mükəmməlliyi bəxş edir.
    Rəssamın rəqəmsal əsərlərini şərti olaraq bir neçə tematikaya bölmək olar: bu rəssamın dünyasına baxışı əks etdirən çiçəklər və peyzajlar, səmalarda mövcud olan müxtəlif quşlar, mələklər, xeyir və şər, insan duyguları, sonsuzluq və “fantazi” ilə həmsərhəd olan mücərrəd rəsmlər. Asya Hacızadə sadəcə sərbəst yaradıcılıqda pərvazlanır! O, izləyicini həyat və ölüm barədə, sonsuzluq, vaxt və məkan barədə düşünməyə vadar edir. Onun həm yaglı boyalı, həm qrafika, həm rəqəmsal işlərində təbiətə, milli xarakter və mədəniyyət mənbələrinə olan sevgi hopmuşdur, bu əsərlərdə ideal haqqında arzu asanlıqla təxmin edilir. Təkrarlanmayan əsərlər yaratmaga üstünlük verən Asyanın rəsmləri əbədi çiçəkləyən simfoniyadır, burada boyaların zənginliyi təxəyyülü həyəcanlandırır və daim bahar hökm sürür.
    Azərbaycanın əməkdar jurnalisti olan Asya Hacızadənın planlarında nail oldugunda dayanmamaq, öz sənətkarlıgını inkişaf etdirib təkmilləşdirmək, ölkəmizin rəqəmsal sənət sahəsindəki ugurlarını geniş yaymaq var.
    Asya Hacızadənin yaradıcılıgı ilə aşagıdakı linklərlə tanış olmaq olar:
    https://arthive.com/ru/artists/68318~Asja_Gadzhizade/works https://in.gallerix.ru/asyahajeffa/expo/asyahajeffa/
    https://in.gallerix.ru/asyahajeffa/expo/karandash/










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR