AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Teatr bayramı yekunlaşdı

  • + A
  • - A
  • 19-06-2023, 12:19

    Teatr bayramı yekunlaşdı

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə 13-17 iyun tarixlərini əhatə edən “Kukla teatrları həftəsi” uğurla başa çatdı.
    Iyunun 17-də Mədəniyyət Nazirliyi, mədəniyyət və incəsənət təmsilçilərinin iştirakı ilə sənət bayramının bağlanış mərasimi baş tutdu.
    Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ideyanın reallaşmasına dəstək olan Mədəniyyət Nazirliyinə, iştirakçı teatrlara və tamaşaçılara təşəkkürünü bildirdi.
    Yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və bölgədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılığının diqqət mərkəzinə gətirilməsi məramlı bu ilk ideyanın qarşıdakı illərdə ənənə halını alacağına inamını da ifadə etdi. Bildirdi ki, növbəti mərhələdə layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən mütəxəssislər ilə yanaşı teatrların da dəvət olunacaq.
    Mərasimdə çıxış edən qonaq teatrların rəhbərləri – Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzər Hüseynova, Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirakdan məmnunluqlarını ifadə etdilər, bu kimi görüşlərin teatrların yaradıcılıq potensialının nümayişi və müqayisələr üçün önəm kəsb etdiyini dedilər.
    Tədbir proqrama uyğun olaraq ev sahibi teatrın təqdimatında “Qar kraliçası” tamaşası (A. Məmmədov) ilə davam etdi. Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyası təmsilçilərinin ifasında rəngarəng mahnılar səsləndirildi.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR