AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehriban Əliyeva: İstəyim əhalinin aztəminatlı təbəqəsinin problemlərini həll etməkdir – VİDEO

  • + A
  • - A
  • 27-02-2017, 10:04

    Mehriban Əliyeva: İstəyim əhalinin aztəminatlı təbəqəsinin problemlərini həll etməkdir – VİDEO

















    “İstəyim diqqətimi maksimum dərəcədə sosial problemlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəltməkdir”.

    Report xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Vesti nedeli” verilişinin aparıcısı Dmitri Kiselyevə müsahibəsində deyib.

    Mehriban Əliyeva müsahibəsində Birinci vitse-prezident təyin olunmasına münasibət bildirib:

    “Mənim Birinci vitse-prezident vəzifəsinə təyin edilməyimlə bağlı qərar Azərbaycan prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, bunda yəqin ki, mənim uzun illər ərzində prezidentin təkcə həyat yoldaşı deyil, həm də deyə bilərəm ki, silahdaşı olmağım da rol oynayıb.

    Mənim əsas şübhəm üzərimə qoyulan məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim ilə bağlı idi. Mən birmənalı olaraq bilirəm, əminəm ki, həyat yoldaşımın mənə tövsiyələri və ya söyləyəcəkləri dövlətin maraqları ilə tamamilə üst-üstə düşəcək”.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR