AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazirdən yeni qərar

  • + A
  • - A
  • 3-12-2020, 20:27

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısı müəyyənləşib.

    AzadMedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Komissiyanın sədri

    Şahin Mustafayev - Baş nazirin müavini

    Komissiya sədrinin müavini

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

    Komissiyanın üzvləri:

    Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

    Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri

    Fövqəladə hallar nazirinin birinci müavini

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

    Səhiyyə nazirinin müavini

    Təhsil nazirinin müavini

    "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

    Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

    Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri

    Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri

    Azərbaycan Avtomobil Federasiyasının baş katibi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin baş mühəndisi, Komissiyanın məsul katibi.

    Eyni zamanda, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi”nə edilən dəyişikliklərə əsasən, Komissiyanın iclasları illik iş proqramı əsasında, ayda bir dəfədən az olmayaraq keçiriləcək.

    Komissiyanın daimi əsaslarla fəaliyyət göstərməsi üçün Komissiya üzvlərinin təmsil olunduqları qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılacaq. İşçi qrupa rəhbərliyi Komissiyanın məsul katibi həyata keçirərəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR