AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev nazir Muxtar Babayevə yeni vəzifə verdi

  • + A
  • - A
  • 14-11-2018, 10:42

    Prezident İlham Əliyev nazir Muxtar Babayevə yeni vəzifə verdi














    Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunur ki, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

    “Dövlət Komissiyasının sədri

    Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

    Dövlət Komissiyasının üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası maliyyə nazirinin müavini
    Azərbaycan Respublikası energetika nazirinin müavini
    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
    Azərbaycan Respublikası təhsil nazirinin müavini
    Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
    Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
    Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti
    Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.”.

    Xarici İşlər Nazirliyi bu sərəncamla edilən dəyişiklik barədə Yaponiya tərəfinə bildiriş göndərəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR