Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilib.
Qeyd edək ki, jurnal beynəlxalq xülasələndirməsi olan, dünyanın müxtəlif elmi nəşrlərinin indeksləşdirildiyi “Advanced Sciences İndex” bazasında qeydiyyatdan keçərək rəsmi müqavilə əldə edib.
Məlumat üçün bildirək ki, “Elm tarixi və elmşünaslıq" beynəlxalq elmi-nəzəri jurnalı “Advanced Sciences İndex”-də Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir və bazada dünyanın nüfuzlu jurnalları qeydiyyata alınıb.
Daha ətraflı məlumat üçün bu linkə – http://journal-index.org/index.php/asi/article/view/8619 müraciət edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.