AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putinin hərbi əməliyyatla bağlı təhrif olunmuş məlumat alır - İDDİA

  • + A
  • - A
  • 24-12-2022, 02:03

    Putinin hərbi əməliyyatla bağlı təhrif olunmuş məlumat alır - İDDİA

    The Wall Street Journal” (WSJ) nəşri iddia edib ki, Vladimir Putin tez-tez hərbi əməliyyatın gedişi ilə bağlı köhnəlmiş məlumat alır. Kreml nümayəndəsi Peskov dövlət başçısının təhrif olunmuş məlumatlar almasını təkzib edib.

    WSJ mənbələri bildirirlər ki, Rusiya prezidenti üçün brifinqlər Rusiya ordusunun uğurlarını vurğulayır və uğursuzluqları kiçik hesab edir. Amerika qəzetinin yazdığına görə, hərbi əməliyyatla bağlı məlumatlar bir neçə struktur vasitəsilə bir neçə gün sonra prezidentə çata bilər ki, bu da onu çox vaxt “köhnəlmiş” olur.
    Peskov WSJ-nin suallarını cavablandırarkən qeyd edib ki, hərbi əməliyyatın planlaşdırılması ilə bağlı məlumatlar məxfidir. “Prezidentin, əvvəlki kimi, informasiya əldə etmək üçün bir neçə kanalı var. Onun təhrif olunmuş məlumat alması ilə bağlı hər hansı iddia doğru deyil”, - Kreml sözçüsü bildirib.

    Azadmedia.az xatırladır ki, Rusiya fevralın 24-dən Vladimir Putinin göstərişi ilə Ukraynada hərbi əməliyyat keçirir.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR