AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mirzoyan Moskvada Lavrovla görüşü konstruktiv və səmimi adlandırıb

  • + A
  • - A
  • 22-03-2023, 17:56

    Mirzoyan Moskvada Lavrovla görüşü konstruktiv və səmimi adlandırıb

    Rusiya Federasiyası Xarici İşlər Nazirliyi
    Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 20-də rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün səmimi və konstruktiv keçdiyini bəyan edib. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    “Mənimlə nazir Lavrov arasında tamamilə səmimi və konstruktiv görüş oldu. Biz həm ikitərəfli, həm də regional məsələləri nəzərdən keçirdik" , - deyən Mirzoyandan əvvəl Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Dağlıq Qarabağdakı vəziyyəti “normala” necə qaytarmaq barədə razılığa gəldiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, iki ölkənin diplomatları “mövcud vəziyyəti vicdanla nəzərdən keçiriblər”. Onun sözlərinə görə, bu, obyektiv olaraq mövcuddur və üçtərəfli bəyanatlarda qarşıya qoyulan vəzifələrə tam cavab vermir.
    Lavrov bildirib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları regionda sabitləşmənin açarı olaraq qalır.

    Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı humanitar böhranın Rusiya sülhməramlılarının sayəsində fəlakətə çevrilmədiyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR