AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Müdafiə Nazirliyinin rəhbərinin KTMT iclasında iştirakından imtina etməsinə ŞƏRH

  • + A
  • - A
  • 25-05-2023, 19:39

    Ermənistan Müdafiə Nazirliyinin rəhbərinin KTMT iclasında iştirakından imtina etməsinə ŞƏRH

    Ermənistanın müdafiə naziri Suren Papikyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının cümə axşamı Minskdə keçirilən iclasında siyasi deyil, texniki səbəblərdən iştirak etməyib. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” parlament fraksiyasının katibi Artur Hovhannisyan brifinqdə bildirib.

    “Əvvəla, biz KTMT ilə Ermənistan arasındakı münasibətlərdən ətraflı danışdıq, təşkilatdan çıxmaq prosesi yoxdur. Suren Papikyanın bu tədbirdə iştirak etməməsinin Ermənistanla KTMT münasibətlərinə heç bir aidiyyəti yoxdur. Detalları bilmirəm, amma əminəm ki, burada heç bir siyasi kontekst yoxdur, bunlar bəzi texniki məsələlərdir. Bunun KTMT-yə aidiyyatı yoxdur”, - deyə o bildirib.

    Bundan əvvəl respublikanın hərbi idarəsinin mətbuat katibi Aram Torosyan TASS-a bildirib ki, nazir Minskə getməyib və KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR