AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan sərhədçiləri erməni diversantlarının sərhədi keçməsinin qarşısını alıblar

  • + A
  • - A
  • 26-05-2023, 23:43

    Azərbaycan sərhədçiləri erməni diversantlarının sərhədi keçməsinin qarşısını alıblar

    Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhdin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

    Bildirilib ki, sərhəd döyüş məntəqəsində xidmət edən hərbi qulluqçuların sayıqlığı nəticəsində diversiya qrupunun hərəkətləri vaxtında aşkar edilərək zəruri tədbirlər görülüb, nəticədə Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Qüvvələr saxlanılıb.

    Təxribat qrupunun digər üzvləri çətin relyefdən istifadə edərək qaçıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR