AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın xarici işlər naziri Rusiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib (foto)

  • + A
  • - A
  • 8-06-2023, 21:39

    Azərbaycanın xarici işlər naziri Rusiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib (foto)

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüşdə tərəflər Azərbaycan ilə Rusiya Federasiyası arasında səmərəli əməkdaşlığı və onun inkişaf perspektivlərini məmnunluqla qeyd ediblər. Əlaqələrin dinamik inkişafı vurğulanıb.

    V.Bayramov Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, yaranan problemlərin səmərəli həllində göstərdiyi dəstəyə görə Boçarnikova minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Səfir Mixail Boçarnikov da öz növbəsində Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dostluq və əməkdaşlıq münasibətlərinə görə minnətdarlığını bildirib. Görüş zamanı ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR