Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.
Azadmedia.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının səfiri Peter Mixalko “Avropa Şəhərciyi” adlı tədbirdə iştirak etmək üçün Lənkərana səfəri zamanı Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüş zamanı bildirib.
Səfir bildirib ki, Aİ Azərbaycan hökumətini və cəmiyyətini bütün sahələrdə, iqtisadi böyümədə dəstəkləməyə, öz töhfəsini verməyə hazırdır. Avropalı səfir regionun inkişafı üçün Aİ-nin müxtəlif layihələr həyata keçirdiyini qeyd edib. Peter Mixalko Aİ və Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlıqdan da söz açıb. Onun sözlərinə görə, ötən il Avropada təhsil alan tələbələrin sayında və tələbə mübadiləsi proqramlarında iştirak edən müəllim və professorların sayında rekord rəqəmlər qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.