AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın iki B-1B strateji bombardmançı təyyarəsi ilk dəfə İsveçə eniş edib

  • + A
  • - A
  • 20-06-2023, 23:45

    ABŞ-ın iki B-1B strateji bombardmançı təyyarəsi ilk dəfə İsveçə eniş edib

    ABŞ-ın iki B-1B Lancer strateji bombardmançı təyyarəsi ilk dəfə İsveç hava bazasına eniş edib. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropada yerləşən komandanlığı məlumat yayıb.

    Eniş İsveçin şimalında yerləşən Lulea-Kallaks aviabazasında ABŞ bombardmançılarının Avropa üzərində uçuşlarının bir hissəsi olaraq həyata keçirilib.

    “Strateji bombardmançı təyyarələrin İsveçə gəlişi ABŞ-İsveç əməkdaşlığını və ABŞ ordusunun müttəfiqlər və tərəfdaş ölkələrlə problemsiz inteqrasiya etmək qabiliyyətini vurğulayır”, ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.
    Amerika bombardmançıları NATO-nun Arctic Challenge 2023 təlimləri çərçivəsində bu sularda yerləşən USS Gerald Ford təyyarədaşıyan gəmisi ilə qarşılıqlı əlaqə yaratmaq üçün Avropa, eləcə də Baltik, Balkanlar, Mərkəzi Avropa və Norveç dənizi üzərində bir sıra uçuşlar həyata keçirməyə nail olublar. .

    Bundan əvvəl ABŞ-ın ölkənin qərb sahillərinə kütləvi şəkildə hərbi texnikanın köçürülməsi barədə məlumat verilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR