AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa Ukraynanın NATO-ya daxil olmasına dəstək vermək qərarına gəlib

  • + A
  • - A
  • 20-06-2023, 23:50

    Fransa Ukraynanın NATO-ya daxil olmasına dəstək vermək qərarına gəlib

    Fransa Ukraynanın NATO-ya daxil olmasına dəstək vermək qərarına gəlib. Azadmedia.az xəbər verir ki, bu barədə Le Monde qəzeti yazır.

    Nəşrin yazdığına görə, Paris indi belə bir fürsəti Kiyevin təhlükəsizliyinin müstəqil təminatı kimi nəzərdən keçirir. Material müəlliflərinin fikrincə, belə bir perspektiv Ukrayna prezidenti Vladimir Zelenskini lazım bildiyi vaxt danışıqlara başlamağa inandıra bilər.
    Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Vilnüs sammitinin Ukraynanı hərbi bloka yaxınlaşdıracağını bildirmişdi. O, bu barədə Almaniyada keçirdiyi mətbuat konfransında bildirib.

    Bir gün əvvəl Çexiya prezidenti Petr Pavel demişdi ki, Ukraynanın NATO-ya qəbulu prosesi hazırda başlaya bilməz, çünki onun ərazisində silahlı münaqişə davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR