AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və İran xarici işlər nazirləri nəqliyyat layihələrini müzakirə ediblər

  • + A
  • - A
  • 25-06-2023, 23:14


    Azərbaycan və İran xarici işlər nazirləri nəqliyyat layihələrini müzakirə ediblər

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

    XİN-dən Azadmedia.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və İran arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

    İkitərəfli və regional münasibətlərin bir sıra istiqamətləri, o cümlədən iqtisadi və nəqliyyat layihələri üzrə iki ölkənin müvafiq strukturları və rəsmiləri arasında aparılan danışıqların və qarşılıqlı təmasların əhəmiyyəti qeyd edilib.

    Bununla yanaşı, ikitərəfli gündəlikdə duran məsələlər və onların həlli ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Telefon danışığı zamanı bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR