AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin İran prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

  • + A
  • - A
  • 26-06-2023, 17:24

    Putin İran prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

    Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    "İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib", - məlumatda deyilir.

    Putin və Raisi beynəlxalq gündəmdəki məsələləri, o cümlədən Cənubi Qafqazda və Suriya nizamlanmasında sabitliyin təmin edilməsini, habelə ticarət, enerji və nəqliyyat sahəsində razılaşmaların həyata keçirilməsinə diqqət yetirməklə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR