AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan parlamentinin sədri: Biz danışıqlardan irəliləyiş gözləyirik

  • + A
  • - A
  • 26-06-2023, 17:28

    Ermənistan parlamentinin sədri: Biz danışıqlardan irəliləyiş gözləyirik

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında Vaşinqtonda keçiriləcək danışıqlar irəliləyişə səbəb ola bilər. Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan jurnalistlərə verdiyi brifinqdə bildirib.

    “Danışıqlardan irəliləyiş gözləmək olar, çünki danışıqlar kifayət qədər intensiv gedir, hər iki tərəfin təklifləri və müzakirələri öz nəticəsini verir. Azərbaycan tərəfi kimi Ermənistan tərəfi də bəzi düsturlarla razılaşır. Hazırda görürəm ki, irəliləyiş var”, - Simonyan bildirib.

    Qeyd edək ki, sabah, iyunun 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Tərəflər arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR