AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden donorları ABŞ-da Fələstin tərəfdarı etirazçıları maliyyələşdirir - İDDİA

  • + A
  • - A
  • 6-05-2024, 06:47

    Bayden donorları ABŞ-da Fələstin tərəfdarı etirazçıları maliyyələşdirir - İDDİA


    ABŞ-da Fələstin tərəfdarı etirazların təşkilatçılarından bəziləri dövlət başçısı Co Baydenin ən böyük sponsorlarından maliyyə dəstəyi alır. Azadmedia.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri məlumat yayıb.

    Qəzetin yazdığına görə, Fələstin tərəfdarı nümayişlərin arxasında duran bəzi qruplar Baydenin yenidən seçilməsini istəyən xeyriyyəçilərdən maliyyə yardımı alır. Onların arasında Qeyts, Soros, Rokfeller və Pritzker var.

    Belə ki, Kolumbiya Universitetində etiraz aksiyalarının təşəbbüskarlarından biri Corc Soros və Bill və Melinda Qeyts Fondu tərəfindən dəstəklənən Tides Fondundan maliyyə alır. Öz növbəsində, Rokfeller Qardaşları Fondu 2022-ci ildə Tides Fonduna 300 min dollar bağışladı.

    Fələstin tərəfdarı etirazlarda iştirak edən digər qruplar Hyatt otel imperiyasının varisləri Susan və Nik Pritzker tərəfindən maliyyələşdirilən bir fond tərəfindən dəstəklənir.

    Bundan əvvəl ABŞ universitetlərində Fələstinə dəstək üçün tələbə etirazlarının aylarla davam edən hazırlıq, eləcə də təcrübəli fəalların dəstəyi əsasında baş verdiyi bildirilirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR