AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ dövlət katibinin köməkçisi: Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etməyə hazırıq

  • + A
  • - A
  • 28-06-2024, 23:46

    ABŞ dövlət katibinin köməkçisi: Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etməyə hazırıq


    ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünü keçirməyə hazırdır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Bakıda keçirdiyi brifinqdə bildirib.

    "Ümid edirəm ki, xarici işlər nazirləri çox yaxın gələcəkdə görüşmək imkanı tapacaqlar. Əgər bu, Vaşinqtonda baş verərsə, biz oynaya biləcəyimiz roldan asılı olmayaraq, onları məmnuniyyətlə qəbul edəcəyik", - o deyib.

    Onun sözlərinə görə, Azərbaycan və Ermənistan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun xarici işlər nazirləri səviyyəsində görüşünə dəvət olunub.

    Bununla yanaşı, diplomat bir çox kanalların olduğunu və hər iki tərəfin çox səmərəli birbaşa əlaqə saxladığını vurğulayıb. ABŞ bu prosesdə dost kimi iştirak edir, kömək etməyə çalışır.

    O'Brayen ümid edir ki, Ermənistan və Azərbaycan arasında 30 ildən artıq davam edən münaqişədən sonra əldə olunan sülh uzunmüddətli olacaq və cəmiyyətlər arasında daha dərin əlaqələrə çevriləcək. Bu kontekstdə o hesab edir ki, sərhədlərin delimitasiyası ilə bağlı son razılaşmalar irəliyə doğru çox mühüm addım idi.

    Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar mayın əvvəlində Almatıda (Qazaxıstan) baş tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR