AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə mediası Prezidentin Novruzu Şuşada qeyd etməsindən YAZDI

  • + A
  • - A
  • 21-03-2021, 14:20


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaqları Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

    Azadmedia.az xəbər verir ki, Türkiyə mediası xəbəri “Azərbaycan Prezidenti Əliyev Şuşada Novruz tonqalını alovlandırdı” kimi sərlövhələrlə təqdim ediblər. Bundan başa, məlumatlarda dövlətimizin başçısının Şuşa şəhərindəki çıxışından bəzi mühüm fikirlər də türkdilli oxuculara çatdırılıb. Prezident İlham Əliyevin “Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik” fikri bir çox media orqanları tərəfindən başlığa çıxarılıb.

    Anadolu və DHA xəbər agentlikləri, “CNN Türk”, “Haber türk”, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanallarında, eləcə də “Yeni Şafak”, “Hürriyet”, “Cumhuriyet”, “Takvim” və digər qəzetlərin saytlarında da yerləşdirilən məlumatlar orijinal videomateriallar və fotolarla təqdim olunub

    Türkiyə mediası Prezidentin Novruzu Şuşada qeyd etməsindən YAZDI





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR