Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən, səs siqnallarından düzgün istifadə etməyən, eləcə də nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücüləri saxlayaraq onlarla maarifləndirici söhbətlər aparıblar, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər.
Həmçinin tədbirlər zamanı yol patrul xidmətinin inspektorları sərnişindaşıma ilə məşğul olan minik avtomobillərinin sürücüləri ilə də profilaktiki söhbətlər apararaq, nəqliyyat vasitələrində şəffaf ara kəsmələrdən mütləq qaydada istifadə etmələrini və sərnişinləri yalnız arxa oturacaqlarda daşımaları çatdırıblar.
Profilaktik tədbir zamanı qaydaları pozan sürücülərdə də aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.